Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Adnan Oktarın qardaşı da saxlanıldı

Kənan Oktarla birlikdə 33 nəfər nəzarətə götürülüb.

Türkiyədə “A9” telekanalının sahibi Adnan Oktar və tərəfdaşlarının işi ilə bağlı daha 33 nəfər saxlanılıb.

Din.az xəbər verir ki, aparılan əməliyyatlarda başda Adnan Oktarın qardaşı Kənan Oktar olmaqla 33 nəfər nəzarətə götürülüb.

Adnan Oktar cinayətində 2-ci dalğa əməliyyatı başlayıb. İstanbul Cümhuriyyət Prokurorluğunun 33 nəfər barəsində verdiyi nəzarət göstərişi ilə İstanbul Cinayətlərlə Mübarizə Şöbəsi işə başlayıb.

Bundan öncə Adnan Oktar təşkilatında çalışan başlıca adlardan biri Tarkan Yavaş saxlanılmışdı. Saxlanılan 33 nəfərdən 14-ü haqqında həbs qərarı verilib.

Xatırladaq ki, Adnan Oktar təşkilatına 11 iyul tarixində böyük basqın təşkil edilmiş və 187 nəfər həbs olunmuşdu. Təşkilatın digər sektorlarda olan tərəfdaşlarının da saxlanılması üçün əməliyyat axtarış tədbirləri davam etdirilməkdədir. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...