Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Adnan Oktarın saxlanılmasına ən çox üzülən kim oldu?

Adnan Oktarın İsrail ilə olan yaxın münasibətləri diqqət çəkib.

Türkiyədə Adnan Oktarın saxlanılmasından sonra ən çox xəbərlər İsrail mediasınnda yer alıb.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, dərc edilən xəbərlərdə Adnan Oktarın İsrail ilə olan yaxın münasibətləri diqqət çəkib.

İsrailin öndə olan qəzetlərindən “Haaretz” Adnan Oktarın saxlanılmasıyla bağlı yazılan xəbərlər “Kedicik harəmi quran Türk İslam camaatının lideri saxlanıldı” başlığı ilə yayımlanıb. Xəbərdə Adnan Oktar qrupuna qarşı keçirilən əməliyyat zamanı 200-dən çox insanın nəzarətə alındığı bildirilib.

Daha sonra qəzet Oktarın “İsraildə həqiqi dindar yəhudi olan bir çox dostum var. Onları çox sevirəm, çünki onlar həqiqətən dindardır” sözlərini xatırladıb.

Lakin “Jarusalem Post” qəzeti Adnan Oktarla bağlı yazılan xəbərə “Oktar və İsrail dostluğu yolun sonuna gəldi?” başlığıyla oxuculara çatdırıb.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...