Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Adnan Oktarın sərvəti açıqlandı

Adnan Oktar bir sıra cinayətlərdə ittiham olunur.

Casusluq, uşaqların cinsi istismarı, insan alveri kimi bir sıra cinayətlərdə ittiham olunan Adnan Oktarın sərvəti açıqlanıb.

Din.az xəbər verir ki, Maliyyə Cinayətləri üzrə Araşdırma Qurumunun (MASAK) hazırladığı sənədlərdə Oktarın və təşkilat üzvlərinin bank hesablarının nəticələri göstərilib. İlkin ehtimalla 200 milyon dollar sərvəti olduğu deyilən Adnanın əslində daha çox gəliri olduğu üzə çıxıb.

Bank sənədlərinə əsasən, Oktar 1 milyard dollara yaxın sərvətə malikdir. Aldadılaraq təşkilata üzv edilən qadınların var-dövləti əllərindən alındıqdan sonra təşkilatdan uzaqlaşdırıldığı və hətta intihar həddinə çatdırıldıqları də müəyyən olunub. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...