Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Adnan Oktarın sərvəti açıqlanıb: HEYRƏTLƏNDİRİCİ RƏQƏMLƏR

Adnan Oktar cinayətində yeni detallar oraya çıxıb.

Adnan Oktar və qrupunun sərvəti təəccübləndirib. Türkiyə Maliyyə Cinayətləri Araşdırma Komitəsinin (Mali Suçları Araştırma Kurulu-MASAK) göndərdiyi hesabatlardan sonra polisin apardığı araşdırmalara görə Oktarın sərvəti 1 milyard dollara yaxındır.

Adnan Oktar və qrupunun sərvəti təəccübləndirib. Türkiyə Maliyyə Cinayətləri Araşdırma Komitəsinin (Mali Suçları Araştırma Kurulu-MASAK) göndərdiyi hesabatlardan sonra polisin apardığı araşdırmalara görə Oktarın sərvəti 1 milyard dollara yaxındır.

Din.az xəbər verir ki, Adnan Oktar cinayət təşkilatına qarşı keçirilən əməliyyatda yeni detallar oraya çıxıb. Casusluq, uşaqlara cinsi istismar, inanc istismarı kimi bir çox cinayət aşkar edilən Adnan Oktarın təşkilata zorla gətirilən qadınları ruh və ağıl sağlamlığı müalicəsində istifadə olunan dərmanlar verərək kölə halına gətirdiyi iddia edilib. Zərərçəkən və şahid ifadələrindən yola çıxan hüquq-mühafizə orqanları, təşkilat lideri Adnan Oktar və nəzarət altındakı hamıdan qan nümunələri aldırıb. Əməliyyatdan sonra səhiyyə nəzarətinə çıxarılan təşkilat üzvlərindən qan nümunələri alınaraq analizə göndərildiyi öyrənilib.

“Yeni Şəfəq” qəzetindən Şahin Şənin xəbərinə görə, MASAK tərəfindən göndərilən hesabatla əməliyyatın startını verən polis dəstələri Oktar və üzvlərinin bank hesablarını da araşdırma altına alıb. İlkin nəticələrə görə 200 milyon dollar sərvəti olan Oktarın sərvətinin daha çox olduğu iddia edilib. Banklardan gələn hesab hesabatlarını dəyərləndirən polis Oktarın sərvətinin 1 milyard dollara yaxın bir rəqəmə çatacağını proqnozlaşdırır. Digər tərəfdən, təşkilatın, maddi gücünü istifadə etdiyi bəzi üzvlərini təşkilatdan atdığı iddia edilib. Aldadılaraq təşkilata üzv edilən bəzi qadınların mal varlıqlarını itirdikdən sonra təşkilatdan çıxarıldığı və bu qadınların intihar həddinə gəldiyi müəyyən edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...