Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Adnan Oktarın villasından geriyə bu dağıntılar qaldı – Video

Türkiyədə Adnan Oktar cinayəti araşdırılır.

Türkiyədə təriqət lideri, müxtəlif cinayətlərdə ittiham edilərək həbs edilən Adnan Oktarın İstanbulun Qandilli səmtindəki villası sökülüb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2 həftə öncə start verilən söküntü işləri nəticəsində ərazidəki bütün qanunsuz tikililər dağıdılıb.

Hazırda dağıntıların daşınaraq ərazidən çıxarılır.

Bir zamanlar Adnan Oktarın “kediciklər” adlandırdığı “müridləri” ilə lüks həyat yaşadığı villadan isə geriyə qalan mənzərə səmadan çəkilişlə görüntülənib.

https://bax.tv/video/43832.html

Xatırladaq ki, 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

https://bax.tv/video/35123.html

Əməliyyatdan bir neçə gün sonra isə Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından isə külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfində müsadirə edilib.

Həmçinin, villadakı çoxlu sayda lüks avtomobillər də evakuataor vasitəsilə daşınıb. Bundan başqa, onun sahibi olduğu digər mülklərə həbs qoyulub, şirkətlərinə isə qəyyumlar təyin edilib.

https://bax.tv/video/35295.html

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...