Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Adnan Oktarla bağlı YENİ FAKTLAR ortaya çıxdı

Adnan Oktar əvəzinə “dayı”, “yazar” və digər kəlimələrdən istifadə edilib.

Adnan Oktarın gizli silahlı qrupu haqda yeni faktlar üzə çıxıb.

Məlum olub ki, dəstə üzvlərinin öz aralarındakı mesajları şifrəli sözlərdən ibarət olub. “Qızlarla birgə olmaq” əvəzinə “kataloq”, “növbə tutma” əvəzinə “maç”, “pul” yerinə isə “poğaça”, yaxud “light cola” deyirmişlər.

Hətta Adnan Oktar əvəzinə “dayı”, “yazar” və digər kəlimələrdən istifadə edilib.

Din.az xəbər verir ki, bu açıqlamanı artıq 3 ildir ki, dəstənin danışıqlarını dinləməyə alan hüquq mühafizə orqanları bildirib.

Siyahıda yer alan məxfi əvəzetmələrdə “silah” sözü də var ki, “ bilgisayar”la əvəz olunub.

Hazırda bu istiqamətdə olan araşdırmalar davam edir. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...