Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Afinanın müasir tarixində ilk məscid açılacaq

Məscidin açılışı pravoslavların Pasxa bayramını qeyd etməsindən sonra baş tutacaq.

Bu il aprelin 28-də Yunanıstanın paytaxtı Afina şəhərinin müasir tarixində ilk məscid açılacaq.

Din.az xəbər verir ki, bu yaxınlarda Yunanıstanın Təhsil, Elmi Araşdırmalar və Din Nazirliyi tərəfindən təyin olunmuş inzibati şurası məscidə imam da təyin edib. Bu, təxminən, 25 il əvvəl iqtisadi səbəblərdən Yunanıstana gəlmiş 50 yaşlı mərakeşli Zəki Məhəmməddir. Onun təsdiqlənməsi barədə yekun qərarı Yunanıstanın təhsil, elmi araşdırmalar və din naziri Kostas Qavroğlu verəcək.

Məscidin açılışı pravoslavların Pasxa bayramını qeyd etməsindən sonra baş tutacaq. Məsciddə ibadətlər yalnız yunan dilində və ya bəzi hallarda ingilis dilində olacaq, dualar ərəbcə ediləcək. Məscid hər gün işləyəcək, ibadətdən yarım saat öncə açılacaq, yarım saat sonra bağlanacaq. Ancaq İslam dininin əsas bayramları zamanı məscid gün boyu açıq olacaq. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...