Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

AFR-də islamofobiyanın artmasını Daxili İşlər Nazirliyi də etiraf edib

Almaniya cəmiyyətində sağçı radikal əhval-ruhiyyə güclənir.

AFR Daxili İşlər Nazirliyinin məlumatına görə, 2017-ci ildə Almaniyada islamofobiya zəminində törədilmiş 1075 cinayət qeydə alınıb. 239 hadisə məscidlərə hücumlarla bağlı olub. 2018-ci ilin 9 ayı ərzində müsəlmanlara hücum nəticəsində 40 nəfər yaralanıb. Müqayisə üçün: 2017-ci ilin müvafiq dövründə bu zəmində yaralananların sayı 27 nəfər, bütün il ərzində 32 nəfər olub.

Din.az bildirir ki, Bertelsman adına Fondun bu günlərdə dərc edilmiş məruzəsində Almaniya cəmiyyətində sağçı radikal əhval-ruhiyyənin güclənməsi qeyd olunur. Fondun məlumatına görə, Almaniya sakinlərinin orta hesabla iki nəfərindən biri islama ehtiyatla yanaşır, onu təhlükə mənbəyi hesab edir. Maraqlıdır ki, Almaniyanın şərqində, müsəlmanların az olduğu hissədə islam dininə şübhəli münasibət ölkənin qərb hissəsi ilə müqayisədə daha güclü ifadə olunub (50 faizə qarşı 57 faiz). / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...