Afrin əməliyyatının 36-ci günündə öldürülən terroristlərin sayı açıqlandı – SON DƏQİQƏ

Öldürülən terroristlərin sayı 1931-ə çatıb.
Türk Silahlı Qüvvələri Afrində başlayan əməliyyatın 36-cı günündə öldürülən terroristlərin sayını açıqlayıb.
Din.az xəbər verir ki, Zeytun budağı əməliyyatının 36-cı günündə türk ordusu öldürülən terroristlərin sayını 1931-ə çatdırıb.
Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərb hissəsində, PKK / KCK / PYD-YPG və İŞİD-li terrorçularını sərhəddən uzaqlaşdırmaq, dost və qardaş bölgələrin xalqını zülmdən xilas etmək üçün zərərsizləşdirməyə çalışır. 2018-ci il 17 yanvar tarixindən etibarən başlayan “Zeytun budağı” əməliyyatına Türk ordusu uğurla davam etməkdədir.