Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Afrində alçaq taktika – Qadınları, uşaqları və gəncləri…

ABŞ silahları ilə silahlanan terrorçular əhalidən özlərinə canlı müdafiə sistemi hazırlayıblar.

Afrin əməliyyatından əvvəl qorxu və panikaya düşən terrorçular Sur və Nusaybindəkinə bənzər alçaq plan hazırlayıb. Evləri işğal edən terrorçular qadın və uşaqları canlı qalxan edib, kişiləri də döyüşməyə məcbur edirlər.

Din.az xəbər verir ki, ABŞ silahları ilə qazdıqları tunellərdə gizlənən terrorçular qadın və uşaqlar da daxil olmaqla əhalidən özlərinə canlı müdafiə sistemi hazırlayıblar.

Bölgədəki təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, terror təşkilatları YPG/PYD/PKK alçaq planlar qurmağa başlayıb. Hatay və Kilis sərhədində, təqribən 2 min 290 kvadrat kilometr sahədə yerləşən terrorçular gəncləri məcburi şəkildə əllərinə silah alıb döyüşməyə vadar edirlər. Həmçinin xalqdan da xərac toplayırlar.

Evləri İşğal edirlər…

Bölgədə yaşayan xalqı təhdidlərlə qorxudaraq evlərindən edən terrorçular müdafiə məntəqələri hazırlayır, bəzi bölgələrdə çuxurlar qazırlar. İŞİD-in üzvü olan bəzi terorçuların da həmin bölgəyə gələrək YPG/PYD/PKK ilə birlikdə hərəkət etməyə başladıqları məlum olub. Bu terrorçulardan canlı bomba olaraq istifadə ediləcəyi təxmin edilir.

Qaçmağa çalışırlar…

Kəndin girişində əməliyata qarşı xəndəklər qazılaraq müdafiə sistemləri yaradan və ağır silahlarla silahlanan terrorçular çox narahatdır və kənddən qaçmaq istəyənlərə icazə vermirlər. Belə ki, kənddən qaçmaq istəyənlərin bəzilərini həbsxanaya atırlar, bəzilərinə də pul cəzası kəsən PYD-lilər yerli əhalinin Afrindən qaçmamaları üçün təzyiq göstərirlər. Lakin yerli əhalinin bəziləri YPG-lilərə yüksək miqdarda pul verərək Afrindən qaça bildiklərini bildiriblər. 500 min insanın yaşadığı Afrində PYD ailələrin gənc övladlarını məcburi şəkildə əsgər göndərirlər.

Uşaqları saxlayırlar…

Terror təşkilatları PYD/PKK son 2 gündə Afrində təqribən zorla 130 gəncin əlinə silah verərək cəhbə xəttinə göndərib. Keçən dəfədən fərqli olaraq terror təşkilatları gəncləri hərbi təlim keçilmədən və silahla rəftar qaydaları öyrədilmədən cəhbə xəttinə yollayıb. Terror təşikilatlarından qaçmağa çalışan çoxlu sayda ailə, gənc və uşaqlar isə gizlənməyə çalışır.

Panikaya düşən PYD/PKK türk əsgərlərdən gizlənmək üçün Afrinin ətrafında olan yüksək dağlardakı sığınacaqlara qaçıblar. Digərləri isə üstü bağlı xəndəklərdə gizlənib. Yerli camaatdan qalxan olaraq istifadə edən terrorçuları zor gücünə girdikləri binalarda yerləşiblər.

Gərginliyin artdığı Afrində terror təşkilatlarından qaça bilən əhali kiçik qruplar şəklində Əsəd rejiminin nəzarəti altında olan Hələbə doğru istiqamətləniblər. / A24.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...