Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Afrində “XRİSTİAN ORDUSU”: ermənilər YPG-yə yerləşdirilir

Bölgədəki sakinlər hər gün PYD/PKK zülmünə məruz qalırlar.

PYD/PKK terror qruplaşmasının “asayişi qorumaq” adı altında yaratdığı saxta polis təşkilatı Suriyanın şimal-şərqindəki xristian aysorlara (assuriyalılar) qarşı əməliyyat keçirir.

Din.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi araşdırma aparıb.

Məlumata görə, bölgədəki sakinlər hər gün PYD/PKK zülmünə məruz qalırlar. Təkcə yanvarın 19-da “asayiş polisləri” 4 erməni və 3 aysoru naməlum istiqamətə qaçırıb. Onların və daha sonra qaçırılan xristianların PYD/PKK düşərgələrində təlim gördüyü və Türkiyənin antiterror əməliyyatları apardığı Afrinə göndərildiyi qeyd edilib.

Sakinlər bildirirlər ki, “asayiş polisi” qaçırılan şəxslərin YPG-nin sıralarına cəlb edildiyini təsdiqləyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...