Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Afrindəki əməliyyatın son xəritəsi – “Zeytun budağı” 56-cı günündə…

“Zeytun budağı” 56-cı günü …

Türkiyənin Afrində terrorçulara qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (16 mart 2018) 56-cı gününə davam edir.

Din.az Türkiyə mediasına istinadən xəbər verir ki, ötən gün həyata keçirilən əməliyyat zamanı daha 15 kənd və 1 təpə ələ keçirilib. Bunlar Kafer Çil, Birka, Alicaro, Hamoraco, Korzlu, Çakur, Naz, Zerkanlı və Balal kəndləri də terrorçulardan təmizlənib. Bundan başqa Kelanlı, Barakaş, Kovanlı, Çalkama, Çarkatlı və Çakanlı kəndləri ilə yanaşı 883 rəqəmli təpə də ələ keçirilib.

Lakin əməliyyatın 55-ci günündə Türk Ordusunun bir əsgəri şəhid olub. Bu barədə Türkiyənin Baş Qərargahı məlumat yayıb: “ “Zeytun budağı” əməliyyatı çərçivəsində 15 mart 2018-ci il tarixində Afrin bölgəsində icra edilən axtarış-təmizləmə zamanı kustar üsulla hazırlanmış partlayıcınını partlaması nəticəsində bir türk əsgəri şəhid olub”.

TSQ dozeri hədəf alaraq vurdu…

YPG terrorçuları Afrindən qaçmağa çalışan yerli əhalinin qarşısını almaq üçün dozerlə yolu qazmağa çalışdığı anlar Türkiyəyə məxsus pilotsuz uçuş aparatı tərəfindən görüntülənmişdi. Artıq hər tərəfdən mühasirəyə alınan terrorçular avtomobilləri ilə şəhərdən qaçan insanların yolunu kəsməyə çalışsalar da, Türk Ordusu buna mane olub. Belə ki, yolu qazmaq üçün əraziyə gətirilən dozer Türk Silahlı Qüvvələrinin hava qüvvələri tərəfindən vurularaq, zərərsizləşdirilib. Həmin anlar Baş Qərargahın “Twitter” hesabından paylaşılıb.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...