Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Afrindəki “HİLAL” İdlib və Fırat Qalxanı ilə birləşdirildi – “Zeytun budağı” 39-cu günündə…

Əməliyyatda bu günə qədər öldürülən terrorçuların sayı artıq 2083 olub.

Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (27 fevral 2018) 39-cu gününə girib.

Din.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, əməliyyatla bağlı Türk Silahlı Qüvvələrindən açıqlamalar gələməkdə davam edir.

Yanvarın 20-də başladılan əməliyyatda bu günə qədər öldürülən terrorçuların sayı artıq 2083 olub.

Xatırladaq ki, əməliyyatın 38-ci günündə zərərsizləşdirilən terrorçuların sayı 2059 idi və son 24 saat ərzində daha 24 terrorçu məhv edilərək sayları 2083-ə yüksəlib. Terrorçulardan 58-i isə sağ ələ keçirilib.

Bundan başqa, dünən çıxan xəbərlərdə artıq Türk Ordusunun Afrində “Hilal”ı (Aypara) tamamladığı və əməliyyatın birinci hissəsinin başa çatdığı bildirilmişdi.

TSQ və ASO ilə birlikdə əməliyyatın başladığı gündən bu yana YPG/PKK-İŞİD-in işğalında olan Afrinin 115 mövqeyi ələ keçirilib. Belə ki, Afrində biri mərkəz şəhər olmaqla, 87 kənd, 6 kənd-qəsəbə, 20 strateji əhəmiyyətli dağ-təpə, biri YPG/PKK-ya aid hərbi baza olmaqla terrorçulardan təmizlənən mövqelərin sayı 115 olub.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...