Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Afrinə 200 min insan qayıdacaq – Türkiyə prezidenti

“Afrin bölgəsində 800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib”.

Yanvarın 20-dən indiyə qədər Türkiyə ordusunun müxalif Azad Suriya Ordusu ilə birgə Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində 3089 terrorçu zərərsizləşdirilib.

Din.az xəbər verir ki, bu sözləri 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan tədbirdə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib ki, Afrin bölgəsində 800 kvadratkilometr ərazi terrorçulardan təmizlənib. Türkiyə “Fərat qalxanı” əməliyyatı nəticəsində 2 min kvadratkilometr ərazini terrorçulardan azad edib. “Zeytun budağı” əməliyyatı nəticəsində də 2 min kvadratkilometr olan Afrin bölgəsi PYD/YPG terrorçularından təmizlənəcək. Nəticədə Afrinə ən azı 140-150 min, bəlkə də 200 min insan qayıdacaq.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...