Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Afrinə 4 km qaldı – PKK-lıların silahları Türk Ordusuna qaldı – “Zeytun budağı” 49-cu günündə…

“Zeytun budağı” əməliyyatında 49-cu gün …

Türkiyənin Afrində terrorçulara qarşı başlatdığı “Zeytun budağı” əməliyyatı bu gün (9 mart 2018) 49-cu gününə davam edir.

Din.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, indiyə qədər məhv edilən terrorçuların sayı 3089-a çatıb. Həmçinin dünən həyata keçirilən əməliyyat zamanı Cinderes ələ keçirilib və Afrinin mərkəzinə çatmağa 4 km məsafə qalıb. Afrinə doğru dairə daralmağa başlayıb.

Dünən dərc edilən məlumatlarda bildirilib ki, Deyrezzordan Afrinə göndəriləvək 1700 terrorçunun ABŞ istehsalı olan zirehli maşınlarla bölgəyə çatdığı deyilir. Həmin 1700 terrorçunun Cinderes və Afrin yaxınlığındakı qəsəbələrdə silahlı qarşıdurmalarda iştirak etmələri üçün gətirildikləri bildirilir.

Cinderesə girən türk silahlıları ilə terrorçular arasında güclü silahlı qarşıdurmaların yaşandığı məlumatlarda yer alıb. əməliyyat zamanı TSQ və ASO Racodakı həbsxanaya nəzarəti də ələ keçirib. Beləliklə, 157 mövqe terrorçulardan tamamilə təmizlənib. Bir gün ərzində 115-dən çox terrorçu öldürülüb.

2Zeytun budağı” zamanı Mazrea, Maariski və Kifirmis kəndlərində nəzarət ələ alınıb. Terrorçulardan təmizlənən kəndlərdə yaşayan yerli əhaliyə qida yardımları göndərilməyə başlanılıb. Kəndlərdə yaşayan ərəb, türkmən və kürd sakinlər terrorçulardan qurtulduqları üçün böyük sevinc yaşayıblar.

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.

Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...