Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Afrinə girməyə çalışanlar geri çəkildi – Türk Ordusunun xəbərdarlıq atəşi canlı yayımda – VİDEO

Mövlud Çavuşoğlu: “Əgər rejim YPG-ni təmizləmək üçün girərsə, problem yoxdur”.

Afrində etibarlı qaynaqlar Əsəd rejimini dəstəkləyənlərin terror qruplaşması YPG/PKK – İŞİD-ə dəstək vermək üçün bölgəyə girməyə çalışdıqları bildirilir. Lakin Türk Ordusunun atdığı xəbərdarlıq atəşindən sonra terrorçuları dəstəkləyən qüvvələr Afrindən çıxaraq bölgədən uzaqlaşmaq məcburiyyətində qalıb.

Din.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, zirehli avtomobil və silah sursatın daşındığı 20 maşından ibarət karvanla hərəkət edən Əsəd qüvvələri günorta saatlarından sonra Afrinin cənubundakı Nubul Zehra bölgəsindən əraziyə daxil olmağa çalışıb. Lakin bu zaman terror qruplaşmalarına dəstəyə gələn karvana xəbərdarlıq məqsədiylə top atəşi açılıb. Atılan top atəşləri kimsəyə dəyməyib, ancaq bölgəyə girməyə 10 km qala qüvvələr geri çəkilmək məcburiyyətində qalıb.

Bu haqda “Reuters” xəbər agentliyi də məlumat yayıb. Xəbərdə bildirilib ki, Hələbdən yola çıxan Əsədə bağlı qüvvələr Afrinə girməyə başlayıb. Hətta Suriya dövlət televiziya kanalı ağır silahlarla yüklənmiş 20 maşının Afrinə girişinin görüntülərini də yayımlayıb.

Terror təşkilatı PKK-nın Suriya qolu PYD-nın silahlı qanadı YPG-nin sözçüsü Birusk Heseke rejim qüvvələrinin Afrin sərhədlərində gücləndiriləcəyini irəli sürüb. YPG-dən gələn digər açıqlamada rejimlə anlaşama aparılmadığı, ancaq könüllülərin gəldiyi iddia edilib.

Fevralın 20-də Suriyada Bəşər Əsəd rejiminin rəsmi televiziya kanalı PYD/PKK-nın işğalı altında olan Afrinə “xalq qüvvələri” olaraq adlandırdığı bir qrupun girəcəyini bildirmişdi. Yayılan xəbərlərə açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Əgər rejim YPG-ni təmizləmək üçün girərsə, problem yoxdur. YPG-ni qorumaq üçün girərsə, Türk əsgərini heç kim durdura bilməz” ifadələrini işlədib.

Əsəd rejiminə atılan xəbərdarlıq atəşinin görüntülərini sizə təqdim edirik:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...