Fatihə surəsi, 6 və 7-ci ayə

Bizi doğru (düz) yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və (haqdan) azmışların (yoluna) yox!

Bütün xəbərlər »
Qaynar Xəbərlər
WASGINGTON DC, PENNSYLVANIA, UNITED STATES - 2013/05/30: The White House, home of the United States President. (Photo by John Greim/LightRocket via Getty Images)

Ağ Ev müsəlmanlardan ehtiyatlanmamağa çağırıb

Share Button

Ağ Ev yalnız müsəlman olduqlarına görə insanların terrorçu olmasından ehtiyatlanmamağa çağırıb. “Din.az”ın “RİA Novosti”yə istinadən […]

Ağ Ev yalnız müsəlman olduqlarına görə insanların terrorçu olmasından ehtiyatlanmamağa çağırıb.

“Din.az”ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə brifinqdə ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bildirib.

“Əgər biz konkret dinə etiqad edən insanlara dair şübhələri artırsaq, hücumların çoxalmasına kömək etmiş olarıq”, – deyə Ernest bildirib.

Qeyd edək ki, İŞİD terror qruplaşması ABŞ-ın Ohayo ştatında noyabrın 28-də universitetə edilən silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bundan əvvəl verilən xəbərdə, terrorçu qruplaşma ilə əlaqəli “Amaq” saytı hücum edən Əbdül Razak Əli Artanın İŞİD-in “əsgəri” olduğunu qeyd edib.

Qeyd edək ki, noyabrın 28-də səhər saatlarında adıçəkilən 20 yaşlı şəxs idarə etdiyi avtomobili universitetin ərazisində piyadaların üstünə sürüb, sonra isə, maşından düşərək bıçaqla tələbələrə zərbələr endirməyə başlayıb. İnsident nəticəsində 11 nəfər xəsarət alıb.

Hadisə yerinə gələn polis əməkdaşları silahlını məhv edib.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top