Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ağdamda məsciddən oğurluq edilib

Ağdamda məsciddən oğurluq edildi.

Ağdamda məsciddən oğurluq edilib. “Din.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Xındırıstan kənd məscidində qeydə alınıb. Məscidə pəncərədən daxil olan şəxs və ya şəxslər oradan 10 ədəd xalça, 1 ədəd tozsoran, 3 ədəd ventilyator və 1 ədəd su təmizləyici qurğu oğurlayıblar.

Hadisə yerində Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları baxış keçirib. Faktla bağlı araşdırma başlanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...