Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ağdamda tarixi məscid bərpa edilir – VİDEO

Məscid işğal altında olan Ağdam şəhərindəki məscidin layihəsi əsasında bərpa edilir.

Ağdamda qəzalı vəziyyətə düşən tarixi məscid bərpa edilir.

Din.az bildirir ki, məscid 1907-ci ildə Xındırıstan kənd sakini Hacı Cabbar bəy tərəfindən tikilib.

Bir əsrdən artıq yaşı olan tikili əvvəlcə yaşayış üçün nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərində Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib.

Binada bərpa işləri ilə paralel, dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri də aparılır.

Məscidin xarici görünüşü işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə də inşa ediləcək.

Təmir-bərpa işlərinin qısa müddətdə yekunlaşdırılması nəzərdə tutulub. / Oxu.Az

//baku.tv/az/cemiyyet/9448/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...