Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Ağdamda tarixi məscid bərpa edilir

Qəzalı vəziyyətdə olan tarixi məsciddən son görüntülər.

Ağdam rayonunun Xındırıstan kəndində qəzalı vəziyyətdə olan tarixi məscid bərpa edilir.

Din.az xəbər verir ki, bir əsrdən çox yaşı olan məscid binasının dayanıqlığını artırmaq üçün beton-bərkitmə işləri aparılıb. Məscidin xarici görünüşü işğal altındakı Ağdam şəhərində olan məscidin layihəsi əsasında bərpa edilir. Layihəyə uyğun olaraq məsciddə qoşa minarə, həyətdə yas və ehsan mərasimləri üçün iki ədəd zal da inşa olunur. Məscidin ərazisində abadlıq işləri də aparılacaq. Təmir-bərpa və tikinti işlərinin bu il yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Xındırıstan məscidi 1907-ci ildə kənd sakini Hacı Cabbar bəy tərəfindən inşa olunub. Tikili əvvəlcə yaşayış üçün nəzərdə tutulsa da, ötən əsrin 30-cu illərində taxıl anbarı, 80-ci illərdə Tarix-Diyarşünaslıq Muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyət göstərib. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...