Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ağsuda bu məscid 10 ildir bağlı qalıb – AÇIQLAMA

Sakinlər məscidin nə üçün bağlanıldığından xəbərsizdir.

Ağsu rayonu Bico kəndində yerləşən Cümə məscidi 10 ilə yaxındır bağlıdır.

Din.az bildirir ki, bu barədə Oxu.Az-a kənd sakinləri məlumat verib.

Sakinlər məscidin nə üçün bağlanıldığından və nə zaman istifadəyə veriləcəyindən xəbərsizdir. Onlar deyir ki, bu barədə müraciət etdikləri qurumlardan məlumat ala bilmirlər.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ağsu rayonu Bico kənd məscidinin bağlı olması sözügedən məscidin yerləşdiyi torpağın şəxsi mülkiyyət olması ilə əlaqəlidir:

“Məscidin yerləşdiyi torpağın sahibi ilə orada ibadət edənlər arasında yaranmış mübəhisə nəticəsində 10 ildən artıqdır ki, mülkiyyətçi tərəfindən dindarların istifadəsinə məhdudiyyət qoyulub. Vətəndaşların müraciəti əsasında Dövlət Komitəsi tərəfindən mülkiyyətçi ilə həmin torpağın bələdiyyənin balansına verilməsi barədə müzakirələr aparılmasına baxmayaraq, bu günədək mülkiyyətçi buna razılıq verməyib.

Nəticə olaraq bildiririk ki, 1998-ci ildə tikilmiş məscid bələdiyyənin balansına verildikdən və ora rəsmi din xadimi təyin olunduqdan sonra fəaliyyətə başlaya bilər”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...