Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Aİİ-da “Milli-mədəni irsin təbliğ edilməsinin gənc nəslin formalaşmasında rolu” mövzusunda seminar keçirildi

“Hər bir xalqın milli birliyinin möhkəm təməlləri məhz onun öz tarixi keçmişinə olan güclü etimadından qaynaqlanır”.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Milli-mədəni irsin təbliğ edilməsinin gənc nəslin formalaşmasında rolu” mövzusunda seminar keçirilib.

Aİİ-nin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan İlahiyyat İnstitutunun maarrifləndirmə məqsədi daşıyan mövzulara xüsusi önəm verdiyini, bu səbəbdən, ali tədris müəssisəsində mütəmadi olaraq müxtəlif seminar, “dəyirmi masa” və konfransların keçirildiyini bildirib.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya elmi fond şöbəsinin əməkdaşı Tural Şiriyev “Milli-mədəni irsin təbliğ edilməsinin gənc nəslin formalaşmasında rolu” mövzusunda məruzə ilə çıxış edib. T.Şiriyev bildirib ki, müasir dövr cəmiyyətdə milli düşüncə tərzinin formalaşması baxımından, xüsusilə, gənc nəsil üçün çətin mərhələdir. T.Şiriyev sərhədsiz, qlobal informasiya məkanında müxtəlif mədəni ideyaların, ənənələrin təsiri altında olan daha mütərəqqi, eyni zamanda, milli ruhumuzla səsləşən dəyərlərin mühafizə edildiyinin bir zərurətə çevrildiyini vurğulayıb.

Tədqiqatçı maarifçi ziyalıların qarşısında duran vəzifələrdən ən başlıcasının, xalqımızın mədəni kimliyini, onun tarixini olduğu kimi gənc nəslə aşılamaqdan ibarət olduğunu vurğulayıb: “Hər bir xalqın milli birliyinin möhkəm təməlləri məhz onun öz tarixi keçmişinə olan güclü etimadından qaynaqlanır. Həqiqi vətəndaş olmaq üçün xalqın milli-mədəni irsi – onun tarixinin qəhrəmanlıq səhifələri; böyük ədəbi irsi və dahi nümayəndələri; xalqın yaratdığı maddi mədəniyyət nümunələri; incəsənəti, dini, mənəvi dünyası və s. milli dəyərlərinin tanınması xüsusi əhəmiyyət kəsb edir”.

Seminar tələbələrdə sual doğuran məqamların diskussiyası ilə davam edib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...