Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Aİİ-də “Erkən müsəlman icmasında uşaqlar və Məhəmməd Peyğəmbər” mövzusuna həsr olunmuş növbəti seminar keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) növbəti maraqlı seminar keçirilib.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Erkən müsəlman icmasında uşaqlar və Məhəmməd Peyğəmbər” mövzusunda növbəti seminar keçirilib. Seminar BMT Baş Məclisinin 1954-cü ildə bütün ölkələrə Ümumdünya Uşaqlar Gününün dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsinə dair tövsiyəsinə həsr olunub.

Aİİ-nin Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsində İnstitutun müxtəlif mövzularda təşkil etdiyi seminarların xüsusi əhəmiyyəti var.

Aİİ-nin müəllimi, fəlsəfə elmləri doktoru Ələddin Məlikov “Erkən müsəlman icmasında uşaqlar və Məhəmməd Peyğəmbər” mövzusunda məruzə ilə çıxış edib. Alim İslam dünyasında ailə və uşaq dəyərlərindən bəhs edib. İslamda uşağa verilən önəmin onun şəxsiyyətinin formalaşmasında xüsusi rol oynadığını vurğulayan məruzəçi peyğəmbərlərin uşaqlıq dövrlərindən, Məhəmməd Peyğəmbərin uşaqlara olan davranışından nümunələr gətirib.

Ə.Məlikov uşaqların yaş mərhələlərini xarakterizə edərək, hər dövrün psixoloji və sosioloji faktorlarını əks etdirən tədqiqatlar haqqında məlumat verib.

Alim alman və italyan pedaqoqları Fredrix Avqust və Montessopi Mariyanın araşdırmalarına İslami nöqteyi-nəzərdən yanaşaraq, fikirlərini əsaslandırmağa çalışıb.

Seminar mövzu ətrafında müzakirələrlə davam etdirlib. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...