Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Aİİ-də “İslam və incəsənət” mövzusunda seminar keçirilib

“İncəsənət insanların gördükləri və təsəvvür etdiklərinin başqalarında estetik zövq doğuracaq vasitələrlə ifadə olunmasıdır”.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslam və incəsənət” mövzusunda Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun seminarı təşkil olunub.

Din.az bildirir ki, İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov seminar iştirakçılarını salamlayıb. O, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə İnstitutun ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. Ə.Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, belə tədbirlərin tələbələrdə dünyagörüşünün, mütaliənin aşılanmasında, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynadığını vurğulayıb.

Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru E.Məmmədov “İslam və incəsənət” mövzusunda məruzə edib. O bildirib ki, incəsənət insanların gördükləri, eşitdikləri, təsəvvür etdiklərinin başqalarında estetik zövq doğuracaq vasitələrlə ifadə olunmasıdır. E.Məmmədov qeyd edib ki, ilahi sənət yoxdan yaratmaqdırsa, bəşəri sənət mövcud olanlara müəyyən forma verməkdir. E.Məmmədov incəsənətin insanda gözəllik duyğusu yaratdığını, ona mənəvi zövq verdiyini qeyd edib.

O vurğulayıb ki, islam real din olmaqla yanaşı, insanın bütövlükdə cisminə, ruhuna, ağıl və vicdanına kompleks yanaşır. Məruzəçi Quranın insanları gözəlliyə səslədiyini və möminin kainat, həyat və fərddəki gözəlliyi dərk etdiyini vurğulayıb.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...