Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Aİİ-də İslamşünaslıq ixtisası üzrə qəbulla bağlı müsahibə başladı

Dini-Psixoloji Komissiya abituriyentlərin İslamşünaslıq ixtisasına maraqlarını müəyyənləşdirərək qiymətləndirir.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 27 iyul 2019-cu il tarixdə üçüncü ixtisas qrupu üzrə bakalavr pilləsinin “İslamşünaslıq” ixtisasına müsahibə başladı. Müsahibə 27 iyul – 2 avqustadək davam edəcək.

Din.az bildirir ki, İnstitutdan Trend-ə verilən məlumata əsasən, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yaradılan Dini-Psixoloji Komissiya abituriyentlərin dünyagörüşü səviyyəsini, psixoloji vəziyyətini, yaradıcı təfəkkürü, insanlarla ünsiyyət bacarığı və İslamşünaslıq ixtisasına maraqlarını müəyyənləşdirərək qiymətləndirir.

Xatırladaq ki, qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilib. Ümumilikdə 131 nəfər abituriyent qeydiyyatdan keçib.

Dini-Psixoloji Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan İlahiyyat İnstitutun və DİM-in əməkdaşları daxil edilib.

Məlumat üçün bildiririk ki, 27 iyul 09:00-dan başlayan qabiliyyət imtahanı avqustun 2-dək Bakı şəhəri Əhməd Cəmil, 41/A ünvanında – Bakı Dövlət Universitetinin keçmiş İlahiyyat fakültəsinin inzibati binasında keçiriləcək.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir. Aİİ Azərbaycan xalqının tarixi ənənələrə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyət sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədilə müasir təhsil standartları və müvafiq sahədə dünya təcrübəsi əsasında fəlaiyyət göstərir.

İnstitutda müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlər də tədris olunur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...