Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Aİİ-də “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminar keçirildi

“Multikulturalizmin əsası məhz fəlsəfi yanaşmalar üzərində qurulub”.

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda növbəti seminarını keçirib.

Seminarı Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov aparıb. A.Qafarov tələbələrin dünyagörüşünün zənginləşməsi, elmi axtarışlara sövq edilməsi üçün Aİİ-nin müxtəlif mövzularda təşkil etdiyi seminarların əhəmiyyətini xüsusi vurğulayıb. A.Qafarov mövzunun əhəmiyyətinə toxunaraq, 2016-cı ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə “Multikulturalizm ili”, 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edildiyini xatırladıb. Bildirib ki, ölkəmizdə formalaşmış nümunəvi multikultural mühitə və bu kimi dəyərlərə verilən qiymət, fəlsəfi yanaşmalar gənc nəsil üçün faydalıdır.

Sonra Xəzər Universitetinin müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub “Multikulturalizm və fəlsəfi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə çoxmədəniyyətlilik, tolerantlıq və fəlsəfənin bir-biri ilə çoxşaxəli nəzəri və təcrübi əlaqələrə malik olduğu, multikulturalizmin əsasının məhz fəlsəfi yanaşmalar üzərində qurulduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu istiqamətdə irəli sürülən müxtəlif fəlsəfi fikirlər multikulturalizmdən və mədəniyyətlərin bir-birinə təsirindən yaranan yanaşmalardır. Fəlsəfənin tolerantlığa bağlılığının qədim zamanlardan formalaşdığını qeyd edən M.Yaqub Azərbaycan xalqının güclü fəlsəfi təfəkkürə malik olduğunu bildirib. Məruzəçi Azərbaycanın dahi mütəfəkkirlərinin əsərlərindən misal gətirərək, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinə humanist yanaşmanın buna bariz nümunə olduğunu qeyd edib.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...