Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Aİİ-nin növbəti seminarı “Rusiyada İslam: tarix və reallıqlar” mövzusuna həsr olundu

“İlahiyyat institutu fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verir”.

4 oktyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) “Rusiyada islam: tarix və reallıqlar” mövzusunda seminar keçirib. Seminarda institutun rəhbər-müəllim heyəti, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Din.az bildirir ki, rektor Ceyhun Məmmədov Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Aİİ-nin məqsəd və hədəflərini nəzərə çatdıran rektor institutun fəaliyyətində beynəlxalq əlaqələrə xüsusi önəm verildiyini vurğulayıb. Bu baxımdan institutun qabaqcıl Rusiya universitetləri ilə əməkdaşlığa hazır olduğu bildirilib.

Sonra Perm Vilayəti Müsəlman Ruhani İdarəsinin nümayəndəsi, Rusiya Federasiyası Jurnalistlər Birliyinin üzvü, “İskrennost” jurnalının baş redaktoru Səfa Kərimovun “Rusiyada İslam: tarix və reallıqlar” mövzusunda məruzəsi dinlənilib. Rusiyada İslam dininin yayılma tarixi, mövcud durumu barədə ümumi məlumat verən S.Kərimov hazırda Rusiyada, rəsmi 20, qeyri-rəsmi isə 40 milyondan çox müsəlmanın yaşadığını və bu göstəricinin ölkə əhalisinin 30%-dən çoxunu təşkil etdiyini deyib. Sosialist inqilabından əvvəl Rusiyanın müsəlman ilahiyyatçılarının dünyanın hər tərəfində çox böyük hörmətə sahib olduğunu qeyd edən S.Kərimov Sovet İttifaqı dövründə bu ənənənin itdiyini vurğulayıb.

Məruzədə İslamın Rusiya mədəniyyətinin əhəmiyyətli bir parçası və müsəlman cəmiyyətinin ölkənin çoxmillətli əhalisinin vacib tərkib hissəsi olduğu nəzərə çatdırılıb. Rusiyada İslamın mövcud durumuna toxunan məruzəçi müasir dünyada terrorizmi və insana qarşı nifrətin istənilən formasını rədd edən İslamın mahiyyətini cəmiyyətə düzgün çatdırmağın çox önəmli olduğunu vurğulayıb. S.Kərimov bildirib ki, müsəlmanlar yüksək savada malik, tolerant, mədəni insanlar kimi tanınmalı, öz həyat və fəaliyyətləri ilə İslamın əsl mahiyyətini nümayiş etdirməlidirlər. Qeyd olunub ki, Rusiya cəmiyyətində İslamın sülhsevər və tolerant mahiyyətinin təbliği, millətlərarası və dinlərarası sülhün və əmin-amanlığın möhkəmləndirilməsi üçün mümkün olan bütün addımlar atılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...