Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Aİİ-nin tələbələri Avropa və Gürcüstan yəhudilərinin sinaqoqunda olublar

“Azərbaycanda müxtəlif konfessiyaların, xalqların nümayəndələri hər zaman birgə yaşayıblar”.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Avropa və Gürcüstan yəhudilərinin sinaqoqunda həftəlik “Şabat” mərasimində iştirak ediblər.

Din.az-ın xəbərinə əsasən, Aİİ rektoru Ceyhun Məmmədov tələbələrə Azərbaycanda yaşayan yəhudilər haqqında ümumi məlumat verib. O qeyd edib ki, Azərbaycan həmişə müxtəlif konfessiyaların, xalqların birgə yaşadığı, tolerantlığın yüksək səviyyədə qorunduğu ölkə olub. Vurğulanıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti bu gün Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Belə ki, ölkəmizdə bir çox dini ibadət ocaqları təmir və ya bərpa olunur, yeni dini təhsil müəssisələri yaradılır, dövlət tərəfindən dini qurumlara mütəmadi maliyyə vəsaiti ayrılır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva bu sahəyə xüsusi diqqət göstərir.

Aİİ tələbələri həftəlik “Şabat” mərasimini izlədikdən sonra, Gürcü Yəhudilərinin Dini İcmasının ravvini yəhudiliyin inanc və ibadətləri, tolerantlıq və multikulturalizm kontekstində Azərbaycanda fərqli dinlərə etiqad göstərənlərin birlikdə yaşama təcrübəsi mövzularında gənclərin suallarını cavablandırıb.

Aİİ tələbələrin dünyagörüşünün formalaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunda İslamla yanaşı, Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrinin mədəniyyəti ilə bağlı araşdırmaların aparılması, gələcəkdə yəhudilik və xristianlıqla bağlı ixtisasların açılması planlaşdırılır. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...