Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ailə qurmaq istəyənlərin nəzərinə – Nikahdan əvvəl müayinədən keçin 

Talassemiya aşkarlanan 10 cütlük isə nikaha girməkdən imtina etdi.

2017-ci ildə ailə həyatı qurmağa hazırlaşan 116 min 435 nəfər gəncin nikahdan əvvəl tibbi müayinəsi aparılıb. Onların 13 min 464-nün talassemiya daşıyıcısı olduğu aşkarlanıb.

Din.az bildirir ki, bunu Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun talassemiya-profilaktika şöbəsinin müdiri Aysel Mikayılzadə deyib.

Ümumilikdə isə bu günə qədər 344729 cütlük müayinədən keçib. Talassemiya aşkarlanan 10 cütlük isə nikaha girməkdən imtina edib.

İnstitutdan onu da bildiriblər ki, müayinələr nəticəsində virus aşkar edildiyi təqdirdə cütlüklərlə söhbət aparılır və gələcəkdə onların övladlarının da həmin xəstəlikdən əziyyət çəkə biləcəyi barədə xəbərdarlıq edilir. Bundan sonra isə seçim etmək və qərar qəbul etmək gənclərin öz üzərinə düşür. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...