Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

«Air Arabiya» Qəbələyə uçuşlar təşkil edəcək

«Air Arabia» aviaşirkəti Qəbələyə maraq göstərir.

Birləşmiş Ərəb Əmirliklərinin aşağı büdcəli «Air Arabia» aviaşirkəti MDB ölkələrindəki marşrut şəbəkəsinə daha bir istiqamət əlavə edir. Aviaşirkət bu il iyunun 27-dən Şarcə Əmirliyindən Qəbələyə uçuşlar həyata keçirəcək.

Din.az bildirir ki, «Arabian Business» nəşrinə istinadla xəbər verir ki, «Air Arabia» şirkətinin Bakıya hər gün reysləri olur. Qəbələyə reyslər yay mövsümündə bazar ertəsi, çərşənbə və cümə günləri təşkil ediləcək. Respublikamızın tarixi mərkəzinə səyahətə tələbatın yüksək olacağı gözlənilir.

Hazırda «Air Arabia» Yaxın Şərq və Şimali Afrikadakı beş mərkəzdən Rusiya və MDB ölkələri də daxil olmaqla, bir çox istiqamətlərdə 113 reys həyata keçirir. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...