"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Alban kilsəsinin tarixi statusu bərpa olunur – VİDEO

Share Button

180 illik tarixi ədalətsizliyin aradan qaldırılması istiqamətində iş aparılır

Vaxtilə Çar Rusiyası tərəfindən ədalətsizliyə məruz qalan Alban Apostol kilsəsinin tarixi statusunun bərpasına başlanılıb.

Tarixən Azərbaycan ərazisində mövcud olan Alban Apostol kilsəsi 1836-cı ildə Çar Rusiyası tərəfindən ləğv edilib. Ədalətsiz münasibətin nəticəsində bura tam şəkildə erməni kilsəsinə verilib. Artıq 180 illik bu tarixi ədalətsizliyin aradan qaldırılması, Alban Apostol kilsəsinin tarixi statusunun bərpası istiqamətində iş aparılır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi digər aidiyyatı qurumlar – Bakı Beynəlxalq Multikultiralizm mərkəzi, Bilik fondu, AMEA ilə birgə tədbirlər həyata keçirir. Hətta bu məqsədlə Qəbələdə “Alban Apostol kilsəsinin keçmişi və bu günü” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

Alban kilsəsi ilə yanaşı, Azərbaycanda qədim albanların varisi sayılan udinlərə qarşı Çar Rusiyası, Sovet dövründə mövcud olmuş ədalətsiz münasibətin aradan qaldırılmasına, onların statusunun bərpasına başlanılıb. Aparılan tarixi əhəmiyyətli bu işlərə yerli mütəxəssislər və beynəlxalq ekspertlər cəlb olunub.

Bu tarixi həqiqətin ədalətli şəkildə, elmi əsaslarla bərpası ilə ermənilərin zaman-zaman Azərbayana qarşı qaldırdıqları ərazi iddialarının saxtalığı bir daha üzə çıxacaq. Çünki, zorla erməni Qriqorian kilsəsinə birləşdirilən Alban kilsələrinin də guya onlara aid olduğunu iddia edirdilər.

“Din.az” mövzu ilə bağlı videoxəbəri təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir