Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ali məktəblərdə bakalavriat və magistraturada islamşünaslıq ixtisası üzrə təhsil xərci müəyyənləşib

Nazirlər Kabinetinin təhsil sahəsində mühüm qərarı …

Dövlət sifarişi ilə ali məktəblərin bakalavriat və magistratura səviyyələrində islamşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərci müəyyənləşib.

Din.az bildirir ki, Nazirlər Kabineti bununla əlaqədar “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Sentyabrın 1-dən bu ixtisas üzrə bakalavriat səviyyəsində təhsil alanlara düşən təhsil xərci 2100 manat, magistratura səviyyəsində isə 2180 manat müəyyənləşdirilib.

Qeyd edək ki, islamşünaslıq ixtisası Nazirlər Kabinetinin 15 mart 2018-ci il tarixli qərarı ilə “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”na daxil edilib.  / APA

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...