Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Ali məktəblərin tədris planına “Multikultralizmə giriş” fənni daxil edildi

Fənnin tədrisi üçün “Multikultralizm” kitabı hazırlanır.

“Azərbaycan Prezidentinin göstərişi və Təhsil Nazirliyinin məsləhəti ilə ölkəmizin bütün ali təhsil ocaqlarında bakalavr səviyyəsində “Multikultralizmə giriş” adlı fənn tədris sisteminə daxil edilib”.

Din.az Metbuat.az-a istinadən bildirir ki, bunu “Tolerant Azərbaycan” mövzusunda keçirilən konfransda Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qeyd edib.
Onun sözlərinə görə, hazırda fənnin tədrisi üçün Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən “Multikultralizm” kitabı hazırlanır:

“Gənclərimiz bu kitab vasitəsilə dinlərin tarixi, multikultralizm barədə geniş biliyə sahib olacaqlar”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...