Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ALİM QASIMOV AZAN OXUDU – DÜNYA İZLƏDİ – VİDEO

Alim Qasımovun ecazkar səsi minarənin zirvəsindən ətrafa yayılıb.

Dünən “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi keçirilib.
Din.az “milli.az”-a istinadən bildirir ki, mərasimdə maraqla qarşılanan səhnələrdən biri də xalq artisti Alim Qasımovun azan oxuması olub.

Qeyd edək ki, sözügedən süjet “İnanc” adı daşıyıb. Xəzər üzərində Ay görünür, əfsanəvi muğam ustası Alim Qasımovun ecazkar səsi minarənin zirvəsindən ətrafa yayılır.
Bu, azan səsidir. Mina həmin sədanın təsiri ilə dini dəyərlərin və tolerantlığın möhtəşəm məkanı olan Heydər Məscidinə yollanır. Əllərində fənər tutan yüzlərlə mömin İslamın qüdrəti ilə buraya gəlir. Onların inanc odları kainatdakı ulduzlar kimi Minanın gözləri qarşısında parlayır və dövr edir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...