Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ALİM QASIMOV KİLSƏDƏ AZAN OXUDU – VİDEO

“Allah namaz qılan, qılmayan hər kəsə kömək olsun”.

Xalq artisti kilsədə azan səsləndirib.

Din.az xəbər verir ki, bunu A24.az-a açıqlamasında xalq artisti Alim Qasımov Almaniyaya konsertə getdiyini və orada kilsələrdən birində azan səsləndirdiyini deyərkən bildirib:

“Qızım Fərqanə xanımla Almaniyanın Osburq şəhərinə konsertə getmişdik. Hazırlaşan zaman ürəyimdən keçdi ki, orada kilsələrin birində azan səsləndirim. Fərqanə xanımla razılaşdıq və oxudum. Bundan əvvəl İslam Oyunlarında da azan səsləndirmişdim. Allah namaz qılan, qılmayan hər kəsə kömək olsun. Oxuduğum azanı öz sosial şəbəkəmdə paylaşmışam”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...