Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Alim Qasımov toyda “Azan” oxudu – VİDEO

Alim Qasımov məclisə “Azan”la giriş verdi.

Ötən gün mərhum jurnalist Mailə Muradxanlının nəvəsi Cavidanın toyu baş tutub.

Din.az Metbuat.az-a istinadən xəbər verir ki, Lalə Əliyevanın oğlunun toyuna xeyli sayda mədəniyyət nümayəndəsi qatılıb.
Onların arasında Xalq artisti Alim Qasımov, Əməkdar artistlər Elza Seyidcahan, Fərqanə Qasımova, Gülzar Qurbanova və aparıcılar Hacı Nuran Hüseynov, Rövşanə Ağasifqızı, aktyor Kamal Yaşar vəbaşqaları olub.

Alim Qasımov məclisə “Azan”la giriş verib, daha sonra muğamla davam edib.

Qeyd edək ki, Mailə Muradxanlı 2010-cu ildə vəfat edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...