Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ALİMDƏN ÇAĞIRIŞ: “Ölkədən fəaliyyət göstərən təriqətlər yoxlanılsın”

Türkiyədə İslam adından fəaliyyət göstərən bir çox arzuolunmaz təriqətlər mövcuddur.

İstanbul müftisi Yılmaz Türkiyədə İslam adına fəaliyyət göstərən bir çox camaat və təriqətin şəffaf olmadığını və yoxlanılmadığını, bunun həqiqətən də ciddi bir problem olduğunu deyib.

Din.az xəbər verir ki, İstanbulda Pendik Heseki Ali Dini İxtisas Mərkəzində “Yol əxlaqı” mövzusu ilə bağlı konfrans keçirilib.

Konfransda iştirak edən İstanbul müftisi Prof. Dr. Hasan Kamil Yılmaz Türkiyədə camaat və təriqətlərin yoxlanılmadığına diqqət çəkib:

“Bu gün Türkiyədə İslam adından fəaliyyət göstərən bir çox camaat və təriqətin şəffaf olmaması və yoxlanılmaması həqiqətən bir problemdir.

Osmanlı dövründə dövlət bu kimi təriqət quruluşlarını yoxlamağı gündəminə almışdır. Çünki onların əlindən çox çəkmişdir. 1402-ci ildə Ankara müharibəsindən sonra Şeyx Bədrəddin hadisəsi 10-15 il Osmanlının başına sıxıntılar gətirib. Şeyxliyi şahlığa çevirmək istəyən bu zat Osmanlıya nifrət dövrü yaşatmışdır. Osmanlı dövləti bunun fərqində olub. Ona görə də, vahid şəkildə təriqətləri yoxlamaq istəyib. Diyanətin də vəzifəsi budur”. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...