Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Alınmadı, peşmanlıq çəkirəm” – Ziyarət adı ilə 2 nəfərin pulunu mənimsəyən DƏLƏDUZ – VİDEO – FOTO

Ziyarətə aparmaq adı ilə 640 manat pulu mənimsədi.

Salyan rayon Xalac kənd sakini Cəmil Mirzəyev Salyan Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, təsadüfən tanış olduğu Miramil adlı şəxs ondan iki nəfərin Məşhəd və Kərbəla ziyarətlərinə aparılması üçün 640 manat pulunu və ümumvətəndaş pasportunu alıb, lakin vədinə əməl etməyib.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər Heydər Əliyev küçəsi ev 46, mənzil 34-də yaşayan Amil Zeynalov olduğu müəyyənləşib.

Lakin Amil Zeynalov həmin şəxsləri aparmayıb. Özü isə qeyd olunan ziyarətdən qayıdarkən saxlanılıb və polis şöbəsinə gətirilib. İlkin istintaq zamanı o, törətdiyi əməli etiraf edib.

Amil Zeynalov – saxlanılan şəxs: “Cəmili tanıyırdım, qardaşla məsciddə tanış olmuşdum. 3 nəfəri pulsuz aparacaqdıq ziyarətə, 2 nəfəri də pulu ilə… Nəsə bu iş alınmadı. Etdiyim bu hərəkətdən, işdən peşmanlıq çəkirəm”.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

https://daytube.az/az/videos/75163/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...