Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Allah insanı elə yaradıb ki, soyuqda göz qorxmur, amma isti havada…” – Paşa Qəlbinur

“Temperaturun artması nəticəsində gözdə olan maye buxarlanır”.

Son zamanlar havaların isti keçməsi göz xəstəliyi olan insanlara da mənfi təsir edir.

Din.az bildirir ki, bunu tanınmış oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur bildirdi ki, soyuq havaya nisbətən, isti havalar insanlarda olan göz xəsətliklərinin daha tez oyanmasına səbəb olur:

“Havaların isti keçməsi gözə o mənada təsir edir ki, temperaturun artması nəticəsində gözdə olan maye buxarlanır. Quru göz xəstəliyi olan xəstələr əziyyət çəkirlər. İsti havalar insanın ümumi olaraq ümmunitetini zəiflədir və müxtəlif göz xəstəliklərinin artmasına səbəb olur. Soyuq havada gözə heç bir problem yaranmır, Allah insanı elə yaradıb ki, soyuqda göz qorxmur. Amma isti havalarda insan gözündə olan əksər xəstəliklərin inkişafı sürətlənir”. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...