Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“Allah-Təala hicab taxmayan xanımlara və onların həyat yoldaşına heç bir alçaldıcı söz deməyib” – İlahiyyatçı…

“Hicab taxmayan qadınların ərləri “qeyrətsiz” hesab olunur” ifadəsinə ilahiyyatçıdan münasibət ….

“Ümumiyyətlə, belə şəxslərə qarşı dövlətimiz ciddi tədbir görməlidir. İnsan nə qədər savadsız olmalıdır ki, Allah-Təalanın və Peyğəmbərin üzərindən adlayaraq müsəlman kişilərini təhqir etsin, şərəf və ləyaqətinə ağır ifadələr işlətsin”.

Din.az bildirir ki, bunu Moderator.az-a ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Əkrəm Həsənov, azərbaycanlı ilahiyyatçı Veysəl Orucovun çıxışında “Hicab taxmayan qadınların ərləri “qeyrətsiz” hesab olunur” ifadəsinə münasibət bildirərkən deyib. Ə.Həsənov bildirib ki, Qurani-Kərimdə belə bir qadağa yoxdur və V.Orucov deyilənləri özündən uydurur:

“Bu adam təkfirçi, xəvaric zehniyyətli şəxsdir. Müsəlman kişiləri təkfir etdiyi üçün buna cinayət işi açılmalıdır. Çünki, müasir dövrümüzdə müsəlmanların xanımları öz ölkəsində adət-ənənəsinə, örfünə görə geyinir. Belə xəstə təxəyüllü şəxslərin dedikləri əslində özünə qayıdır. Hər kəs geyimində ixtiyar sahibidir. Allah-Təala Qurani-Kərimdə örtünməyi xanımlara tövsiyyə edib. Amma bu kiminsə Quran ayəsini dəlil gətirib müsəlman kişiləri təhqir etməsinə əsas vermir. Allah-Təala Qurani-Kərimdə və Peyğəmbəri hədislərində hicab taxmayan xanımlara və onların həyat yoldaşına heç bir alçaldıcı söz deməyib. Sadəcə müsəlman qadınlara örtünməyi tövsiyyə edib. Belə danışmaq və həmvətənlərimizi təhqir etmək yolverilməzdir. Bildiyim qədəri ilə bu ifadəni işlədən şəxs Gürcüstan vətəndaşıdır. Ancaq bu adam xəvaric, radikal fikirləri ilə tanınır. Digər elm tələbələrinə onun dərslərini dinləməməyi tövsiyyə ediblər. Mədinə şəhərində təhsil alsa da, orda olan alimləri də ondan çəkindiriblər. Çünki həddən artıq radikal fikirlərə sahib olan biridir. Bu adam bir aralar insanları cihada da çağırırdı. Ümumiyyətlə, belə şəxslərə qarşı dövlətimiz ciddi tədbir görməlidir. İnsan nə qədər savadsız olmalıdır ki, Allah-Təalanın və Peyğəmbərin üzərindən adlayaraq müsəlman kişilərini təhqir etsin, şərəf və ləyaqətinə ağır ifadələr işlətsin. İslam dəvətçisi ədəbli, əxlaqlı, sözünün yerini bilən biri olmalıdır. Həmin şəxs əgər hansısa məsciddə imam kimi fəaliyyət göstərirsə, təcili onun barəsində ciddi ölçü götürülməlidir. Çünki heç bir insana belə səlahiyyət verilmir ki, savadsızcasına din adından istifadə edib, insanları təhqir eləsin. Ölkəmizin əhalisi ümumən müsəlmandır. Dinlərini öyrənib və hər kəs həyatını normal şəkildə yaşayır. Hicab taxanlar da, taxmayalar da var. Hər kəs də anladığı kimi, adətə uyğun bu məsələyə yanaşır. Elm inkişaf etdikcə, gənclərimiz də dinimizin elminə önəm verirlər. Bilirlər ki, özləri və xanımları necə geyinməlidir. Əlbəttə özünü dəvətçi aparan bu şəxs, radikal, ekstremist, təkfirçi olduğu üçün belə açıq-aşkar təhqirə yol verib. Düşünürəm ki, belələrinə cinayət işi açılmalıdır. Belə adamların fikirləri ilə gənclər “zəhərlənib” dində aqressivləşirlər və çoxusu təkfir fikrinə yönəlir. Sonra da özlərindən başqa heç kimi müsəlman hesab etmirlər. Yəni, bu Veysəl də yalnız özünü müsəlman hesab edir.

Bəzi insanlar bizi yalnış anlayırlar. Ölkəmizdə hələ də təkfirçi, xəvaric fikirli insanlar var və onlar öz dəvətlərini aparırlar. Xəvariclik fikri Məhəmməd Peyğəmbərimizin (ona və ailəsinə salam olsun) zamanından yaranmağa başladı. Məhz onlar Allah ayələrindən və Məhəmməd Peyğəmbərin kəlamlarının üzərindən həddi aşdıqları üçün Peyğəmbərimiz onları islamdan xaric olanlar, yəni xaricilər, xəvariclər adlandırdı. Bu fikir sonrakı xəliflələrin dövründə öz pikk həddinə çatdı. Baxmayaraq ki, Peyğəmbərdən sonrakı xəlifələr də bu fikirdə olanlarla mübarizə aparırdılar və Həzrəti Əli də onların çoxunu məhv elədi. Amma təəssüflər ki, müasir dövrümüzdə o fikirdə olanlara görə İslam dünyası böyük təlatümlər yaşadı. Bu gün də həmin fikrin daşıyıcıları dindən, imandan danışaraq müsəlmanları təhqir edirlər. Belə təkfirçi fikirlərin daşıyıcılarından öndə gələnlərindən biri də Veysəl adlı şəxsdir. Bu adam o qədər yolunu azıb ki, Allah və Peyğəmbəri belə saymayaraq müsəlman kişiləri, xüsusi ilə həmvətənlərimizi təhqir edir, hicab geyinməyən xanımların atalarına, qardaşlarına, ərlərinə təhqiredici sözlər deyir, şərəf və ləyaqətini alçaldır. Bu adam həqiqətən də həddini aşan bir xəvaric düşüncəsi sərgiləyir. Siz düşünə bilərsinizmi ki, Allah-Təala və Peyğəmbəri insanları belə təhqir etsin. Bu heç zaman mümkün deyil. Ona görə də gəncləri din adı ilə “zəhərləyən” belələri haqqında vaxtında ölçü görülürməsə, nəticədə çox aqressiv dindarlar meydanda müsəlmanları təfkir edəcək və daha sonra da ölkəmizdə radikalizm ayaq açacaq. Bu məsələlərdə çox diqqətli olmalıyıq”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...