Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Allah və Tanrı sözlərinin izahı

Share Button

“Allahdan başqa ilah yoxdur” cümləsi ilə “Allahdan başqa Tanrı yoxdur” cümləsi eyni mənanı verir.

Allah sözü xüsusi isimdir və Allahdan başqa bir varlıq haqqında işlədilə bilməz. Tanrı sözü isə ilah mənasında olub Azərbaycan, eləcə də digər Türk dillərində işlədilən bir sözdür. Bu söz cins isim kateqoriyasına daxildir. Beləliklə Tanrı sözü Allah haqqında da, Tanrı olduğu irəli sürülən varlıqlar barədə də işlədilir.

“Allahdan başqa ilah yoxdur” cümləsi ilə “Allahdan başqa Tanrı yoxdur” cümləsi eyni mənanı verir. İlah sözü Ərəb sözüdür. Bizim isə həmin sözün əvəzinə işlədə biləcəyimiz başqa bir kəlmə yoxdur. Bu ancaq Tanrı sözüdür. Deməli, bu sözü mühakimə etmək cəhdləri tamamilə puç və mənasızdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir