"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

“Allah zamandır” demək, zamanı Allaha şərik qoşmaq mənasına gəlir

Share Button

Allaha yaraşmayan belə ifadələrin işlədilməsi yolverilməzdir.

Hədis olduğu iddia olunan və Peyğəmbərə istinad edilən rəvayətlərin birinə əsasən, Allahın zaman olduğu bildirilir və zamanı söymək qadağan edilir:

“Rəsulullah dedi: “Uca Allah belə buyurdu: “Adəm övladı zamanı söyərək məni məyus edir. Halbuki mən zamanam…”

(Buxari, Ədəb 101, Təfsir, Casiyə 1, Təvhid 35; Muslim, Elfaz 2, (2246); Əbu Davud, Ədəb 181, (5274).

Başqa rəvayət belədir: “Rəsulullah buyurdu: “…Bu zamanın bizi məhrum və məyus etməsinə nə deyim!” deyə ağır sözlər işlətməyin. Çünki Allah özü zamandır”.

(Buxari, Ədəb 101; Muslim, Elfaz 516, (2246, 2247); Əbu Davud, Ədəb 81, (4974).

Əslində bu cür rəvayətlərdə Allahın zamanın sahibi, yəni yaradanı olduğunun ifadə edildiyi izah edilir. Halbuki yuxarıdakı rəvayətlərdə belə bir ifadəyə və izahata rast gəlmirik. Əksinə Allahın zaman olduğu deyilir. Əslində isə hər şey kimi zaman da Allah tərəfindən yaradılmışdır. “Allah zamandır” demək, zamanı Allaha şərik qoşmaq mənasına gəlir ki, bu da qəbuledilməzdir.

Başqa hədis rəvayətində isə Allahın axirətdə peyğəmbərlərimizə özünü tanıtmaq üçün ayağını açıb göstərəcəyi, həmçinin, axirətdə Allah baldırını göstərdikdə, hər mömin kişi və qadının ona səcdə edəcəyi iddia edilmişdir.

Buxari, Təfsir, Nun val-Qaləm 2, Təfsir, “Nisa” 8, Təvhid 24; Muslim, İman 302, (183).

Allaha yaraşmayan belə ifadələrin işlədilməsi yolverilməzdir. Bununla yanaşı, axirətdə Allahın Özünü tanıtmasının nə demək olduğunu başa düşmək mümkün deyildir. Din gününün sahibi və hər şeyin yaradanı olan Allahın belə bir şeyə ehtiyacı olmadığını dərk etmək çətin deyildir.

Emre DORMAN

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir