Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Allaha və Peyğəmbərinə atılan böhtanlardan biri

Bu cür rəvayətlər olandan sonra müasir bəzi insanların da Allahla, peyğəmbərlər oturub söhbət etdiyi iddiasına təəccüblənməmək lazımdır.

Hədis rəvayətlərində sonuncu Peyğəmbərimizin belə dediyi iddia edilir:

«Bu gecə Rəbbim mənə gözəl bir surətdə gəldi və: «Ey Muhəmməd», – dedi. Mən də: «Buyur, Rəbbim. Əmrindəyəm», – dedim. Məndən: «Mələi Əlada olanların nələrdə yarışdıqlarını bilirsənmi», – deyə soruşdu. «Xeyr» dedim. Bundan sonra əlini çiynimin arasına qoydu. Hətta onun sərinliyini sinəmdə hiss etdim» (Tirmizi, Təfsir, Sad, (3231, 3232)).

Bu cür iddiaların nə dərəcədə əsassız olduğu Quran ayələri ilə məlumdur. Quranda niyə bu cür məlumatlat yoxdur? Çünki Quran Allah tərəfindən vəhy edilən ilahi bir kəlamdir. Bəs bu cür əsassız iddialar hədis kitablarında niyə mövcuddur? Çünki hədis rəvayətlərinin əksəriyyəti insanlar tərəfindən Peyğəmbərimizə istinad edilib. Və bunların arasında Rəsulullaha istinad edilən uydurmalar da az deyil.

Bu cür rəvayətlər olandan sonra müasir bəzi insanların da Allahla, peyğəmbərlər oturub söhbət etdiyi iddiasına təəccüblənməmək lazımdır.

Quran isə sağlam və doğru din inşa edir. Rəvayətlər isə dinin əsaslarına dinamit qoyur. Quranla haqla batili bir-birindən ayırır və ona tabe olanları düzgün yola istiqamətləndirir və ayaqlarını yerə möhkəm basdırır.

Emre DORMAN

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...