Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ALLAHDAN RAZI OLAQ

“Nəyisə istəməkdən əvvəl istədiyimizə layiq olmalıyıq”.

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

Bu dünya həyatında istəklərimizin yerinə yetməsi üçün çox vaxt etmədiyimiz şey qalmır. Həyatdan daim nə isə istəyirik. İstəklərimiz heç zaman bitməz.
Daim qaçhaqaç, daim narahatlıq içindəyik. Nəfsimizin istəklərinin yerinə yetməsi üçün tələsdiyimiz halda, Allahın buyuruqlarını yerinə yetirmək üçün istəksiz davranırıq.
Əslində həqiqi mənada nəyisə istəməkdən əvvəl istədiyimizə layiq olmalıyıq. Allahdan istəklərimizin deyil, xeyirlisinin olmasını diləməliyik. Bəzən insan özü üçün xeyirsiz olduğunu bilsə də bir çox şeylər istəyir. Yəni öz əliylə nəfsinə zülm edir. Allah isə bu qədər cahilliyimizə baxmayaraq, mərhəmətilə yenə də bizim üçün xeyirli olanı diləyir

Çünki bizim üçün əsl xeyirli olanı yalnız Allah bilir:
“Bəlkə də xoşunuza gəlməyən bir şey, sizin üçün daha xeyirlidir. Bəlkə də sevdiyiniz bir şey sizin üçün şərdir. Allah bilir, siz bilmirsiniz”. (“Bəqərə” surəsi, 216)
İnsanın məyus olub ümidsizliyə qapılmasının səbəbi, istəklərinin həyata keçməməsidir. Allahdan xeyirli olanı istəyən insanın istəyinin həyata keçməməsi mümkün deyildir. Nəticədən asılı olmayaraq, istəyən verəndən razıdır. Allah istəniləh halda bəndəsinin vəziyyətindən xəbərdardır. Allahdan razı olandan, Allah da razı olacaqdır. Belə ki, əsl mənada Allaha inanıb boyun əymək, Allahdan razı olmaq deməkdir.
“Allah onlardan razıdır, onlar da Allahdan” (“Tövbə” surəsi, 100).
Allah bu dünyada razı qaldığı və Ondan razı olub Ona sadiq olan bəndələrindən axirətdə də razı qalacaq, bəndələri də Allahdan razı olacaqdır:
“Bu gün, sözlərinə sadiq olanların sadiqliklərinin xeyrini görəcəkləri gündür. İçindən çaylar axan, içində əbədi qalacakları cənnətlər onlarındır. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar: Bu çox böyük uğurdur” (“Maidə” surəsi, 119).
Bu səbəbdən “Allahım nə üçün istəklərimə cavab vermir, nə üçün məni eşitmirsən?” deməyək. Çünki Allah hər an bizə yaxın, hər an bizi eşidən və hər vəziyyətimizdən xəbərdar olandır. Bizim vəzifəmiz Allaha qəlbən güvənib sığınmaqdı:
“Əgər bəndələrim Məni səndən soruşsalar, yaxşı bilsinlər ki, onlara çox yaxınam. Mənə dua edənlərin duasına dərhal qarşılıq verərəm. Elə isə onlar da Mənə qarşılıq versinlər və mənə tam güvənsinlər ki, haqq yoluna yönəldilsinlər” (“Bəqərə” surəsi, 186).
Qəlbən inanan bəndə ümidsiz olmaz. Gözəl düşünüb xeyirli işlər görənlər və Allahdan tam razı olanlar üçün Allahın mərhəməti yaxındır:
“Çəkinərək və ümid edərək dua edin Ona. Şübhəsiz ki, Allahın mərhəməti gözəl düşünüb gözəl iş görənlər üçün çox yaxındır” (“Əraf” surəsi, 56).
İmtihan dünyasında olduğumuza görə bəndə üçün ən mühüm məsələ, dünyadakı istəklərinin həyata keçib-keçməməsi deyildir. Əsas məsələ, Allahın razı olacağı və Allahdan razı olan birisi kimi yaşamaq, bu halla dünyadan köçmək və bu halla Rəbbinə qayıtmaqdır:
“Ey razı olan nəfs! Razıedici və razı edilmiş halda qayıt Rəbbinin hüzuruna” (“Fəcr” surəsi, 27-28).

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...