Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Allahdan və Türkiyədən başqa dostumuz yoxdur” – Ərəblər küçələrə axışdı

Minlərlə dinc əhali “Allahdan və Türkiyədən başqa dostumuz yoxdur” dedi.

4 milyon suriyalının yaşadığı şəhərdə cümə namazından sonra keçirilən aksiyalarda Rusiya, ABŞ, Birləşmiş Millətlər, Əsəd və bütün Qərb qüvvələrinə etiraz edilib.

Həftələrdir dünya gündəmində olan Suriyanın İdlib şəhərində əhali küçələrə çıxıb və “Allahdan və Türkiyədən başqa dostumuz yoxdur” yazılı plakatlar qaldırıblar.

Din.az Sputnik Azərbaycana istinadla xəbər verir ki, təxminən 4 milyon suriyalının yaşadığı şəhərdə cümə namazından sonra keçirilən aksiyalarda Rusiya, ABŞ, Birləşmiş Millətlər, Əsəd və bütün Qərb qüvvələrinə etiraz edilib.

Azad Suriya Ordusu və Türkiyə bayraqları ilə meydanları dolduran on minlərlə dinc əhali “Allahdan və Türkiyədən başqa dostumuz yoxdur” mesajını verib. Bölgə xalqının haqlı etirazlarına digər bölgələrdən də dəstək gəlib.

Suriya vətəndaş müharibəsi zamanı baş verən qətliamları pisləyən idliblilər Əsədin zindanlarında saxlanılan vətəndaşların buraxılması çağırışı edib. Etirazçılar əllərində “Allahdan və Türklərdən başqa dostumuz yoxdur”, “Əsəd və milisləri terrorçu mənbəyi, Türkiyə isə sülh mənbəyidir”, “Gerçək terrorçu Əsəd rejimidir”, “Biz inqilaba hələ də sadiqik”, “İşimiz birdir, qərarımız birdir” yazılı plakatlar tutublar.

Qeyd edək ki, Suriyanın Türkiyə ilə sərhəd bölgəsində hərbi əməliyyatın başlaması gözlənilərkən, BMT dünyanın diqqətini Suriyanın İdlib bölgəsinə çəkməyə çalışır. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin rəhbəri Con Ginq Təhlükəsizlik Şurasına İdlibdə artan gərginliyin daha əvvəl görülməmiş fövqəladə vəziyyət yarada və insanlıq dramı yaşana biləcəyi xəbərdarlığı edib. O, İdlibdə böhranın aradan qalxması üçün BMT Təhlükəsizlik Şurasının müdaxiləsini həlledici hesab edib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...