Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

ALLAHIN ADLARI – ƏSMƏUL-HUSNƏ

“Ən gözəl adlar (Əsməul-Husnə) Allahındır; Ona bu adlarla dua edin” (“Əraf” surəsi, 180).

Din.az Türkiyənin “hurriyet.com.tr” saytına istinadən Əmrə Dormanın məqaləsini sizə təqdim edir:

 

ƏSMƏUL-HUSNƏ, Allahın adları üçün işlədilən ifadədir. “İsm” sözünün cəm forması olan “əsma” ilə “gözəl, ən gözəl” mənasında olan “husnə” sözlərindən ibarət Əsməul-Husnə, Allahın adlarını ifadə edir.

Allahın duyğularla qavranılması mümkün deyildir. Allahı Quran ayələrinin bizə ifadə etdiyi şəkildə kainat və insanla olan əlaqəsi baxımından tanımaq imkanımız vardır. Quran ayələrinin ifadəsilə ən gözəl adlar Allahındır:

“Ən gözəl adlar (Əsməul-Husnə) Allahındır; Ona bu adlarla dua edin” (“Əraf” surəsi, 180).

“De ki: İstər Allah deyərək, istərsə də Rəhman deyib yalvarın. Hansı ilə yalvarsanız, ən gözəl adlar (Əsməul-Husnə) Onundur.” (“İsra” surəsi, 110)

Allahın adlarının mənaları və qeyd olunduğu ayələri nümunə verilən başlıqlar altında belə qeyd etmək olar:

Allah: Varlığı zəruri və bütün təriflərə layiq olan, yaradan, əzəli və əbədi olan, şəriki olmayan qüdrət: “Allah göylərin və yerin nurudur (nurunun mənbəyidir).” (Nur surəsi, 35).

Ahad: Zatında və varlığında tək olan. “De ki: O Allah, birdir (Ahad).” (“İxlas” surəsi, 1).

Axir: Sonu olmayan. “Axirdir o, sonu yoxdur” («Hədid» surəsi, 3).

Əvvəl: İlk. Başlanğıcına zaman müəyyənləşdirmək mümkün olmayan. “Əvvəldir o, başlanğıcı yoxdur” («Hədid» surəsi, 3).

Xaliq: Yaradan, var edən. Yaratmağın misilsiz subyekti. “Ey insanlar! Allahın sizə bağışladığı nemətləri xatırlayın! Sizə göylərdən və yerdən azüqə verən Allahdan başqa yaradan var?” (“Fatir” surəsi, 3).

Ala: Ən uca: “Ucalıqda bənzəri olan Rəbbinin adına təriflər de” (“Əla” surəsi, 1).

Ali: Ucalığın və hökmranlığın mənbəyi və sahibi. Ulu. “Şübhəsiz ki, Allah ucadır” (“Loğman” surəsi, 30).

Azim: Ucalığın mənbəyi və sahibi, çox uca. “O, ucalığın mənbəyi və sahibidir” («Bəqərə» surəsi, 255).

Aziz: Qüdrət və şərəfin mənbəyi və sahibi. “O (zalımlar) başqa səbəblə deyil, yalnız ucalıqa bənzərsiz (Aziz) və bütün təriflərə layiq olan Allaha iman gətirmədə qətiyyətli olduqlarına görə onlardan intiqam almışlar” (“Buruc” surəsi, 8).

Afuvv: Bağışlayan, səhvləri və günahları bağışlayan. “Hər hansı yaxşılığı açıq etsəniz və ya gizlətsəniz, yaxud hər hansı pisliyi bağışlasanız, (bilin ki) Allah da bağışlayandır (Afuvv), güclüdür” (“Nisa” surəsi, 149).

Ğaffar: Bağışlamaqdan bezməyən. Əsl, hədsiz bağışlayıcı. “Bununla yanaşı, unutmayın ki, peşman olub doğru yola dönən, imana gəlib doğru və ləyaqətli davrananlar və bundan sonra da doğru yolla gedən insanı bağışlayan da Mənəm” (“Ta ha” surəsi, 82).

Ğafur: Daim günahları bağışlayan. “(Daim) Allahdan bağışlayıcılıq gözləyin. Şübhəsiz ki, Allah çox bağışlayandır” (“Muzzəmmil” surəsi, 20).

Halim: Davranışlarında yumşaq və şəfqətli. Sərtlikdən uzaq olan. Mərhəmət sahibi. “Allah həlimdir (misilsiz mərhəmət sahibi, sərtlik və kobudluqdan uzaq olandır)” (“Fatir” surəsi, 41).

Alim: Bütün biliklərin mənbəyi, hər şeyi lazımınca bilən. “Şübhəsiz ki, Allah (hər şeyi lazımınca) biləndir” (“İnsan” surəsi, 30).

Basİr: Görmə gücünün mənbəyi, ən yaxşı görən. “Allah bütün etdiklərini ən çox görəndir” («Bəqərə» surəsi, 96).

Xabir: Hər şeydən ən yaxşı xəbərdar olandır. “Allah etdiyimiz hər şeydən ən çox xəbərdardır” («Bəqərə» surəsi, 234).

Səmi: Ən yaxşı eşidən. “Şübhəsiz ki, O, eşidəndir, biləndir” (“Şuəra” surəsi, 220).

Ğani: Mütləq zəngin. Zənginliyi hədsiz olan. Başqasına möhtac olmayan. Yanında hər kəsin yoxsul olduğu qüdrət. “Ey insanlar! Allaha möhtac olan sizsiniz, lakin o heç bir şeyə möhtac olmayan sonsuz zənginlik sahibidir” (“Fatir” surəsi, 15).

Hafi: Lütfkar. Mükəmməl şəkildə maraqlanan. “(İbrahim) “Sənə salam olsun! deyə cavab verdi. Rəbbimdən səni bağışlamasını diləyəcəyəm. Çünki o mənə qarşı daim lütfkar olub” (“Məryəm” surəsi, 47).

Kərim: Comərd, verdiyi nemətlərdə hədd bilməyən. “Ey insan, bu qədər uca və comərd olan Rəbbinə qarşı səni aldadıb səhvə sürükləyən nədir?” (“İnfitar” surəsi, 6)

Latif: Nəzakətlə lütf edən. Misilsiz lütf sahibi. “Görmürsən, göydən su endirən Allahdır ki, onunla (o suyla) yer üzü yaşıllaşır? Çünki Allah istədiyi şeyi comərdcəsinə verir, (nankorun nankorluğundan) xəbərdar olur” (“Həcc” surəsi, 63).

Hadi: Hidayət verən. Doğru olana, yaxşıya və gözələ yönləndirmədə ən uca qüdrət. “Yol göstərən (Hadi) və köməkçi kimi Rəbbin bəs edir” (“Furqan” surəsi, 31).

Hafiz: Qoruyan. Hər şeyi qoruyub nəzarət edən. Qorumada misilsiz olan. “Sənin Rəbbin, hər şeyə nəzarət edən, hər şeyi qoruyandır” (“Səbə” surəsi, 21).

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...