Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Allahın adları…

Bəs görmədiyimiz, bilmədiyimiz, tanımadığımız, anlamadığımız bir Allahı necə sevəcəyik?

Allahı necə tanımalıyıq?

Bir insanı ona xas olan xüsusiyyətlərini, özəlliklərini bildikcə, tanıdıqca onu sevməyə başlayırıq. Bəs görmədiyimiz, bilmədiyimiz, tanımadığımız, anlamadığımız bir Allahı necə sevəcəyik? Nə qədər qulluq və ibadət edə bilərik?

Doğru bir Allah təsəvvürünə sahib olmadan, doğru bir qulluq, iman və təslimiyyət ola bilməz. Allah doğru bilinmədən, tanınmadan dünya və axirət həyatlarının məna və məqsədlərini heç cür anlaya bilmərik.

Şübhəsiz ki, Allahın zatı üzərində düşünə bilmərik, amma Onun əzəmətini, qüdrətini, böyüklüyünü əsmasını (isim) bilərək, tanıyaraq anlaya bilərik. Əsma Allahın zatına tutduğu bir pərdədir. Necə ki, Musa Allahın zatını görmək istədiyində dağ parçalandı (7/143). Onun üçün Rəbbimiz Musa ilə pərdə vasitəsi ilə danışmışdı. Bəs bizimlə Allah hansı pərdələrdən danışır?

Həyatda insanın qarşılaşdığı hər insan, hər hadisə, iztirab və çətinlik Allahın əsmasının təcəllilərindəndir. Allahı əsmasının təcəlliləri ilə bilmək ən yaxşı tələbənin bir alimi bilməsinə bənzəyir. Allah Rəsulunu Əli də tanıyır, Əbu Cəhil də. Fəqət Əlinin tanımağı ilə Əbu Cəhilin tanımağı arasında həm mahiyyət fərqi, həm dərəcə fərqi var. Əlinin (r) tanımağı mahiyyət baxımından Əbu Cəhilin tanımağından fərqləndirən imandır. Əli Allah Rəsulunu nəbilik və risalət missiyası ilə, sədaqət, ismət, ədalət və hikmət xüsusiyyətləri ilə tanıyır.

Allahı tanımaq da buna bənzəyir. Elm və irfan sahibi bir alimin və cahil bir möminin Allahı tanımaq dərəcələri bir ola bilməz. Hər ikisi də imanlıdır. İman qəlbin bilməsidir. Fəqət mömin alim ağlının biliyi ilə qəlbin biliyini gücləndirdiyi üçün, Allahı bilmədə cahilə görə irəlidədir. Bu biliyi saleh əmələ çevirən kəs, Allah haqqındakı biliyi hərəkətə keçirəndir. Bu da bir şeyi yalnız oxuyaraq bilməklə onu görərək, dadaraq, toxunaraq bilmək arasında fərq kimidir.

Niyə əsma-i husna?

1. Allahı öz kəlamından bilmək, tanımaq və anlamaq üçün.

“Artıq Onu, sizə göstərdiyi kimi anın.” (2/198, 239)

2. Səhih və tövhidi bir Allah təsəvvürü inşa etmək üçün.

esmaul-husna-01“Sizin İlahınız tək bir İlahdır, Ondan başqa ilah yoxdur. O Rəhmandır, Rəhimdir.” (2/163)

3. Allahdan ayrı bir həyat sahəsinin olmadığını anlamaq üçün.

“Düşüncəni istər yüksək səslə dilə gətir (istər gətirmə); unutma ki O, gizli (düşüncələri) bildiyi kimi, ondan daha gizli (duyğuları da) bilir.” (20/7)

4. Allahın əsması ilə əxlaqlanmaq üçün.

“Ona bənzər heç bir şey yoxdur. O eşidəndir (Es-Səmi), görəndir (El-Basir).” (42/11)

5. Allaha yaxınlaşmağa bir vəsilə olması üçün.

“Rəbbinin hökmünə səbir et, çünki sən gözlərimizin önündəsən. Qalxdığın zamanda Rəbbini övgü ilə an.” (52/48)

6. Allahı öyrətdiyi kimi zikr edib daxili hüzuru duymaq üçün.

“Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Bir Vəli (dost) və yardımçı olaraq Allah kifayət edər.” (4/45)

7. Dua və ibadətin qəbula yaxın olması üçün.

“ Ən gözəl isimlər Allaha məxsusdur, artıq Ona onlarla yalvarın…” (7/180)

Hazırladı: a /azerislam.com

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...