Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Allahın ilk əmri “namaz qıl, oruc tut, Həccə get” deyil” – Video

“57 islam ölkəsində cəmi 500, təkcə ABŞ-da 5700 universitet var”.

Elşad Miri: “57 islam ölkəsində cəmi 500, təkcə ABŞ-da 5700 universitet var”.

“Bu gün İslam Əməkdaşlıq Təşkilatına (İƏT), yaxud İslam Konfransına daxil olan 57 ölkədə cəmi 500 universitet var. Bu 500 universitetin heç biri də dünyanın ən yaxşı universitetləri siyahısına düşmür. İndi təsəvvür edin ki, müsəlmanların vəziyyəti nə həddədir? Amma bu gün təkcə Amerika Birləşmiş Ştatlarında (ABŞ) 5700 universitet var. Bu, pislədiyimiz, bəzən “şeytan” adlandırdırılan ölkə, oradakı elm dediyimiz anlayış, bu da İslamın ilk əmri “oxu!” olmasına baxmayaraq, müsəlmanların vəziyyəti. Müsəlman ölkələrində yaşayan 1.5 milyard müsəlmanın arasında 150 milyon qadının oxuma-yazma bilməməsi məlumdur. BMT-nin statistikasına görə, dünyada oxumağı yazmağı bacarmayanların azlığı müsəlman ölkələrinin payına düşür. Bu da onu göstərir ki, biz Qurandan uzağıq. Allahın ilk əmri “namaz qıl!”, “Oruc tut!”, “Həccə get” deyil, ilk əmri “Oxu, yaradan rəbbinin adı ilə Oxu”dur!”.

Din.az bildirir ki, bu fikirləri Bizimyol.info saytına videomüsahibəsində ilahiyyatçı Elşad Miri deyib. Onun yazdığı “İslamda yoxdur” adlı kitabın çapına Azərbaycanda qadağa qoyulub. Bununla bağlı məhkəmə müstəvisinə çıxan Elşad Miri bir neçə gün öncə ölkə rəhbərliyinə müraciət edib.

“Ölüyə Quran oxutmaq olmaz”, “İslamda seyid anlayışı yoxdur ” və s. kimi cəmiyyət tərəfindən birmənalı qarşılanmayan fikirlərin müəllifi olan Elşad Miriyə sözügedən kitabın qadağan edilmə səbəbləri, məhkəmədə baş verənlər, prezidentə müraciəti yaradan zərurət və digər məsələlərlə bağlı isuallar ünvanladıq.

Bizimyol.info videomüsahibəni təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...