Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Allahın MUHYİ adının mənası

Quranın 2 yerində1 Allahın ölüləri dirildən (muhyil-məuta) adı qeyd edilir.

Muhyi Allahın adlarından biridir. Muhyi sözünün mənası ölüləri dirildən, can verən, həyatı xəlq edən, məxluqatı canlandıran deməkdir. Allahın öldürən mənası daşıyan Mumit adının ziddidir.

Quranın 2 yerində1 Allahın ölüləri dirildən (muhyil-məuta) adı qeyd edilir.

Allahın bu adı əsmayi-hüsna hədisində də qeyd olunub.2 Əlavə olaraq, Muhəmməd peyğəmbərdən nəql olunan bir hədisdə belə deyilir:

“Tək Allahdan başqa ilah yoxdur. Onun heç bir şəriki yoxdur. Mülk və həmd Ona məxsusdur. O, dirildir və öldürür”.3

Qeyd edək ki, ehya (ihya) və muhyi sözləri eyni kökdən əmələ gəlib.


  1. Rum, 30/50; Fussilət, 41/39.
  2. Tirmizi, Dəavat, 82.
  3. Tirmizi, Dəavat, 36; Nəsai, Mənasik, 163; İbn Macə, Mənasik, 84.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...