"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Allahın nəbilərdən aldığı söz

Share Button

“Ali-İmran” surəsinin 81-ci ayəsinin izahı

Bütün nəbilər, əvvəlki ilahi kitabları təsdiq edici olaraq gəlir. Bu, onların Nəbi olduqlarının bir növ sənədidir. “Ali-İmran” surəsinin 81-ci ayəsi bu baxımdan çox mühümdür:

“Allah nəbilərdən söz aldığı gün onlara “ Sizə bir kitap və hikmət verəndə əlinizdə olanı təsdiq edən bir elçi gələrsə ona şüphəsiz inanacaqsınız və dəstək verəcəksiniz”, – demişdi” (“Ali-İmran” surəsi,  3/81).

Ayədə nəbilərdən alınan ifadə misaq/söz, onlar vasitəsiylə ümmətlərdən alınan sözdür. İnsanlar bu sözü, əllərindəki Kitaba iman gətirməklə veririlər. Bu söz, ilahi bir kitaba bağlı olub bir nəbi gözləyənlərə, əllərindəki kitabı təsdiq edən bir nəbi gələndə, ona inanıb dəstəkləmə məsuliyyəti yükləyir. Bu məsuliyyətdən ötrü Kitab əhlinə, ilk inkar edənlərin özləri olmaması nəsihət edilib (“Bəqərə” surəsi, 2/41). Yenə bundan ötrü, əllərindəki Kitabı təsdiq edən bir rəsula inansalar, özlərinə ikiqat mükafat veriləcəyi bildirilir (“Qəsas” surəsi, 8/54). Bu məsuliyyət, Qurana hələ inanmamış olan bütün Əhli – Kitab üçün etibarlıdır. Ayədə keçən rəsul sözü bu baxımdan çox əhəmiyyətlidir. Çünki insanlar, əllərindəki ilahi bir Kitaba verdikləri sözü, bir “Nəbiylə” bərabər Allahın kitabını təbliğ edən bir “Rəsula” inanaraq da yerinə yetirə bilərlər.

Rəsulullahın yaşadığı dövrdə yaşamamış insanlar üçün əllərindəki kitabı təsdiq edən “rəsul” əslində Quranı onlara təbliğ edən şəxslərdir. Bu, nəticədə təsdiq edənin Quran olması mənasına gəlir. Həqiqətən də özünə kitab verilən “nəbi”, “rəsul” vəsfiylə kitabı təbliğ etdiyi üçün “musaddiq” olan həm rəsul, həm də kitabdır. Bu iki ayə bunu göstərir:

“Gün gəldi, Allah qatından onlara, əllərində olanı doğru sayan bir kitab çatdı. Daha əvvəl onun, inanmayanlara qarşı qabaqlarını açacağını ümid edirdilər. Nə vaxt ki, o gələcəyini əvvəlcədən bildikləri Quran onlara çatdı, onu görməməzlik etdilər. Allahın lənəti o kafirlər üzərinədir” (“Bəqərə” surəsi, 2/89).

“Nə vaxt Allah qatından, əllərində olanı təsdiq edən bir elçi gəlsə, özlərinə Kitab verilənlərdən bir qrupu tutub, Allahın kitabını arxalarına atarlar. Sanki bunu bilməyənlər kimi davranırlar” (“Bəqərə” surəsi, 2/101).

Yuxarıdakı iki ayəni bərabər fikirləşəndə, kitab və rəsul kəlimələrinin eyni mənaya gəldiyi aydın olur. Çünki insanlara “əllərində olanı təsdiq edən bir elçinin gəlməsi”, ancaq kitabla olur.

Elçilər kitabı təbliğ etdiklərinə görə,(1) onların gəlməsi kitabın yəni risalətin gəlməsi mənasına gəlir. Yuxarıda 89-cu ayədə, Əhli – Kitabın bir nəbi gözləmələri, o nəbinin gəlməsiylə kafirlərə qarşı bir güc qazanacaqlarını umduqları, necəki gözlədikləri nəbi gəldiyi vaxt onun gözlənən nəbi olduğunu bilmələrinə baxmayaraq inkar etdikləri bildirilir. Əhli – Kitabın, Rəsulullahın gözlənən nəbi olduğunu başa düşmələri, Quranın əllərindəki kitabı təsdiq etməsiylə mümkün olubr. Necəki, Rəsulullahdan möcüzə istəyənlərə, Quranın əllərindəki kitabları təsdiq edən ayələri əhatə etməsinin, onlar üçün kifayət edəcək bir dəlil olduğu xatırladılaraq belə cavab verilib:

“Sənə endirdiyimiz kitabdan  özlərinə oxuduqların, onlar üçün kifayət bir dəlil deyilmi?” (“Ənkəbut” surəsi, 29/51).

Təsdiq, külli (tamamilə) olmaya bilər. İlahi kitablar özlərindən əvvəlki kitabların bir qismini daha xeyirlisi ilə nəsx edə bilər. İsa (ə.) Tövratı təsdiq edici olaraq gəlməsiylə bərabər haram edilən bəzi şeyləri də halal etmək üçün gəldiyini deyib:

“Mən qarşımdakı Tövratı təsdiq edən və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gələn bir elçiyəm. Sizə Rəbbinizin bir sübutunu da gətirdim, Allahdan qorxun və mənə itaət edin” (“Ali-İmran” surəsi, 3/50).

Quranın əvvəlki kitabları təsdiq etməsi, o kitablarda olan və Quranın da misliylə (eynisiylə) nəsx etdiyi ayələrə şamildir. Uca Allah belə buyurur:

“Özündə olanla əvvəlkiləri təsdiqləyən və müdafiə edən bu kitabı sənə həqq olaraq endirdik. O halda aralarında Allahın endirdiyi ilə hökm et. Sənə gələn doğruları buraxıb onların arzularına uyma” (“Maidə” surəsi, 5/48).

Bu ayədə Kitab kəliməsinin iki dəfə təkrarlanması bunu göstərir. Yəni Quran, özündə olan ayələr nisbətində əvvəlki kitabları təsdiq etmiş olur. Bunu ayədə keçən “mühəymin” kəliməsi də təsdiqləyir. Quranın əvvəlki kitablar üzərində mühəymin olması, o kitabdakıların Allahın ayələri olub olmaması xüsusunda son söz sahibi olması mənasındadır.(2) Quranı qəbul etmək, bütün ilahi kitabları qəbul etmək mənasına gəlir. Bütün nəbi və kitablara iman etmək də ancaq belə mümkün olur.

Nəticə olaraq Quran, əvvəlki kitabları böyük ölçüdə təsdiq etmişdir. Bu, misliylə nəsxdir. Əvvəlki kitablardakı bir qisim hökümləri də daha xeyrlisi ilə nəsx etmişdir. Əlavə olaraq Quran, əvvəlki kitablarda gizlənən və ya üzərində mübahisə edilən mövzuları da təbyin (açıqlama) etmişdir.

Mənbə: Fatih Orum, “Quran və Sünnət Təməlində Quranı Anlama Üsulu”, İstanbul, 2013, s: 137-140.


[1] Maidə 5/67, 92; Nəhl 16/35, 82; Əraf 7/62, 68, 79, 93; Hud 11/57; Əhkaf 46/23; Əhzab 33/39.

[2] Zəmaxşəri, el-Kəşşaf, II, 246.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir